BMT komitəsinin 60-cı sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq edilib

Posted by

BMT komitəsinin 60-cı sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq edilibBMT komitəsinin 60-cı sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq edilib

BMT komitəsinin 60-cı sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiq edilib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Nümayəndə heyətinin başçısı

 

Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Nümayəndə heyətinin üzvləri

 

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Məmmədov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini

Xaqani Rzayev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

 

Trend/az