Dövlət Komitəsinin sədri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili və hərbi attaşesi ilə görüşüb

Posted by

Dövlət Komitəsinin sədri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili və hərbi attaşesi ilə görüşübDövlət Komitəsinin sədri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili və hərbi attaşesi ilə görüşüb

Dövlət Komitəsinin sədri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili və hərbi attaşesi ilə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı və səfirliyin hərbi attaşesi Kristofer Monohanı qəbul edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-ın Avropa Komandanlığının ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdindəki Hərbi Əməkdaşlıq Şöbəsi vasitəsilə indiyədək həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr, gələcək planlar, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, onların həyat şəraitinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb.

 

Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış vətəndaşlara həm ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, həm də səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb.

 

Ə. Həsənov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycan haqqında söylədiyi fikirlərlə bağlı narazılığını da ifadə edib.

 

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Derek Hoqan əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına əminliyini bildirib.

 

Apa.az