FHN-də tikintidə asma fasad sistemləri ilə bağlı seminar keçirilib

Posted by

FHN-də tikintidə asma fasad sistemləri ilə bağlı seminar keçirilibFHN-də tikintidə asma fasad sistemləri ilə bağlı seminar keçirilib

FHN-də tikintidə asma fasad sistemləri ilə bağlı seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində seminar keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2-3 dekabr tarixlərində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Agentliyin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun akt zalında “Müasir küləklənən fasadlar. Fasad sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması təcrübəsi” mövzusunda seminar keçirilib.

 

Seminarın keçirilməsində məqsəd asma fasad sistemlərinin layihələndirilməsi, təhlükəsizliyi və bununla bağlı normativ-texniki baza haqqında təcrübə mübadiləsinin aparılması olub. Seminarın işində xarici mütəxəssislər və Agentliyin əməkdaşları iştirak ediblər.

 

Tədbirdə çıxış edən natiqlər fotoslaydlar vasitəsilə asma fasad sistemlərinin təyinatı və xarakteristikası, normativ əsasları, layihə sənədlərinə tələblər, yanğına qarşı təhlükəsizlik, fasad elementlərinin hazırlanması, quraşdırılması və keyfiyyətə nəzarət haqqında məlumat veriblər.

 

Seminarda müasir fasad sistemlərinin hazırlanması üzrə praktik tövsiyələr verilib, tikinti sahəsində normativ-texniki baza və sənədləşmə işləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonra tədbir iştirakçılarına informasiya xarakterli materiallar paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Trend.az