Baş nazir: Həmvətənlərimizin əmlak və həyat təhlükəsizliyi prioritetdir
Davudoğlu “Yeni Türkiye Yolunda” adlı televiziya verilişində xalq qarşısında çıxış edərək son ay ərzində gördüyü işlər barədə məlumat verib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.
“Kim nə desə də, bizim üçün prioritet olan vətəndaşlarımızın həyat və əmlak təhlükəsizliyidir. Həmçinin azadlıqlarımızı genişləndirərək istifadə edilməsi bu təhlükəsizlikdə bir bütövlük təşkil edir. Azadlıq və təhlükəsizlik bir-birini təhdid edən, bir-birindən ayrı düşünülə bilən şeylər deyil”, – baş nazir Əhməd Davudoğlu daxili təhlükəsizlik islahatları paketinə dair deyib.
Trend.az