Bakıda hərbçilər üçün beynəlxalq seminar keçiriləcək
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 2-dən 5-dək Bakı şəhərində “Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi” mövzusunda seminar, dekabrın 2-dən 11-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində “Dil standartları və qiymətləndirmə” mövzusunda seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az