Azərbaycanda eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

Posted by

Azərbaycanda eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilərAzərbaycanda eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

Azərbaycanda eynəklərlə bağlı qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

 

Milli Məclisin Sosial siyasət komitəsi eynəklərlə bağlı yeni qanun layihəsi hazırlamağa başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərlə söhbətində komitənin sədri Hadı Rəcəbli deyib.

 

Onun sözlərinə görə, ilkin olaraq adıçəkilən qanun layihəsinin “Optika haqqında” adlandırılması nəzərdə tutulsa da, sonradan bu fikirdən daşınılıb:

 

“Bu sənədin “Eynəklər haqqında” qanun layihəsi adlandırılması gözlənilir. Onu da deyim ki, bu gün ölkə əhalisinin tən yarısı eynəklərdən, gözlüklərdən, linzalardan istifadə edir. Bəzən də həmin eynəklərin, gözlüklərin həkim məsləhəti olmadan və normalardan kənar taxılması bir sıra digər xəstəliklərin yaranmasına səbəb olur. İlk baxışda elə bilirsən ki, bu xəstəlik sinir gərginliyindən, əsəbdən törənib, ancaq sonra məlum olur ki, bunun kökündə eynəklərdən düzgün istifadə edilməməsi dayanır. Ona görə də bu yöndə qanun layihəsinin hazırlanmasına başlamışıq və onu ən azı qarşıdan gələn yaz sessiyasının ilkin müzakirələrinə çıxarmağı düşünürük”.

 

Trend.az