Azərbaycan ilə İran arasında ərzaq və kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Posted by

Noyabrın 27-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ərzaq və kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Heydər Əsədov dövlət başçılarının son görüşlərini xatırlayaraq bunun bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcəyini bildirib. Nazir Azərbaycanın və İranın tarixən qonşu ölkələr olduğunu, əlaqələrimizin daim inkişaf etdiyini və Kənd Təsərrüfatı Nazirliyi olaraq İranla aqrar sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Heydər Əsədov iki ölkə arasında baytarlıq və fitosanitar sahələrində müqavilələrin imzalanması, aqrar sənaye, kənd təsərrüfatında prioritet istiqamətlərə və məhsullara dair məlumat mübadiləsinin aparılması, Azərbaycanda müştərək müəssisələrin yaradılması, kartof, zəfəran istehsalında İran təcrübəsinin öyrənilməsi, İrandan mineral gübrələrin və baytarlıq preparatlarının alınması imkanlarının araşdırılması, İran istehsalı olan texniki avadanlıqlar barədə məlumatların əldə olunması və digər təkliflərini qonağın diqqətinə çatdırıb.

Məhəmmədrza Nemətzadə İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, ərzaq və kənd təsərrüfatı sahəsində də əlaqələrin daha da genişlənməsinə önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib və nazir Heydər Əsədovu İrana səfərə dəvət edib.

Görüşdə İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin iştirak edib.

AzərTac.az