Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində çəkiliş apararkən ermənilər atəşkəs rejimini pozub

Posted by

Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində çəkiliş apararkən ermənilər atəşkəs rejimini pozubFinlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində çəkiliş apararkən ermənilər atəşkəs rejimini pozub

Finlandiya Dövlət Teleradio Şirkətinin əməkdaşları cəbhə bölgəsində çəkiliş apararkən ermənilər atəşkəs rejimini pozub

Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Azərbaycanda yaradıcılıq ezamiyyətindədir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YLE-nin əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa Azərbaycan haqqında yeni sənədli televiziya filminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görüb, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşüblər.

 

Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar bölgələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səy göstərirlər. Onlar əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer veriblər. Növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar.

 

Tərtər rayonunun Qapanlı kənd qəbiristanlığında şəhid məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.

 

Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin Beynəlxalq sənədli filmlər proqramının rəhbəri Vesa Toiyonen və kinooperator İvar Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təəssüratlarla ayrılıblar.

 

Apa.az