Azərbaycan-Filippin əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Filippinin ölkəmizdə təyin olunmuş səfiri Maria Rovena Mendoza Sançez ilə görüşündə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, söhbət zamanı, eyni zamanda, müqavilə-hüquq bazasının və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Səfir diplomatik fəaliyyəti müddətində ölkəsi ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

AzərTac.az