Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə pul veriləcək
Azərbaycanda evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə maliyyə vəsaiti veriləcək.
Trend-in məlumatına görə, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” qanuna 26.3-1 saylı maddə əlavə edilib.
Əlavə edilən maddəyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş vəsait ayrılır.
Dəyişiklik bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirədən sonra plenar iclasa tövsiyə edilib.
Trend.az