İran parlamenti Prezidentin elm naziri vəzifəsinə namizədini bəyənib
İran parlamenti ölkə Prezidenti Həsən Ruhaninin elm, araşdırmalar və texnologiyalar naziri vəzifəsinə irəli sürdüyü namizədi bəyənib. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, parlament buna qədər H.Ruhaninin 4 namizədini geri qaytarmışdı.
İran parlamentinin deputatları noyabrın 26-da keçirilən iclasda Məhəmməd Fərhadinin namizədliyinə rəy veriblər.
Qeyd edək ki, M.Fərhadi daha əvvəl səhiyyə və tibbi təhsil naziri, eləcə də elm naziri olub.
Trend.az