Lüksemburqda Qarabağla bağlı müzakirələr olacaq

Posted by

Lüksemburqda Qarabağla bağlı müzakirələr olacaqLüksemburqda Qarabağla bağlı müzakirələr olacaq

Lüksemburqda Qarabağla bağlı müzakirələr olacaq

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev və deputat Fuad Muradov noyabrın 26-dan 28-dək Lüksemburqda səfərdə olacaqlar.

 

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar 2011-ci ildən bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin ölkənin paytaxtı olan Lüksemburq şəhərində məlumat bürosunun açılışında iştirak edəcəklər.

 

Həmin büro Azərbaycan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi haqqında tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, tanıtma məqsədi daşıyan tədbirlərin təşkili ilə məşğul olacaq. Azərbaycan diasporunun yerli üzvləri ilə yanaşı, xarici nümayəndələrin də təmsil olunduğu “Qarabağ” Mədəniyyət Cəmiyyətinin bu tədbirində Milli Məclisin deputatları Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdıracaqlar. Büronun açılış mərasimində Rövşən Rzayev Dağlıq Qarabağın Azərbaycanlı İcması adından çıxış edəcək.

 

APA.az