İran bu dəfə öz imkanını qaçırdı
P5+1 və İranın danışıqlarının ilk turu uğursuz keçdi, sənəd vaxtında razılaşdırılmayacaq.
Trend TASS informasiya agentliyinə istinadan xəbər verir ki, bu haqda danışıqlara yaxın mənbə məlumat verib.
“Razılıq əldə olunmayıb. Hələ ki, yanaşma fərqi aşılmazdır” deyə mənbə bildirib.
Mənbə həm də onu qeyd edib ki, danışıqların uzadılması məsələsi həll olunub, söhbət aylardan gedir.
Trend.az