Portuqaliyanın sabiq baş naziri həbs edilib
Portuqaliyada keçmiş hökumət rəhbəri Joze Sokrates ötən gün axşam saatlarında həbs edilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Socrates vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və korrupsiyada təqsirli bilinir.
Portuqaliyanın keçmiş baş naziri Parisdən gələrkən Lissabon hava limanında saxlanılıb. Cinayət işi çərçivəsində daha 3 nəfər istintaqa cəlb olunduğu bildirilir.
APA.az