Gəncə Avtomobil Zavodunun işçiləri “Tərəqqi” medalı ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Məmmədov Həmzə Hüseyn oğlu
Məmmədov Vahid Firuddin oğlu
Muradov Zahid Bəhrəm oğlu.
Dövlət başçısının digər sərəncamı ilə səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.
Trend.az