Sumqayıtda əmək yarmarkası keçirilib

Posted by

Sumqayıtda əmək yarmarkası keçirilibSumqayıtda əmək yarmarkası keçirilib

Sumqayıtda əmək yarmarkası keçirilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün Sumqayıt şəhərində (Sumqayıt Dövlət Universitetinin foyesi) Əmək yarmarkası keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əmək yarmarkasında 37 müəssisə (“Azərkimya” İB, “Azersun Holding” MMC, “Gilan Tekstil Parkı”, Sumqayıt Texnologiyalar Parkı” MMC, “BASF” şirkəti, REDUCO Tədris Mərkəzi, “Samuray Plastik” firması və s.) tərəfindən fəhlə və qulluqçu peşələri üzrə 620 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.

 

Təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 200 manat, ən yüksək həddi isə 1200 manat təşkil edib. Aktiv məşğulluq tədbirində boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Yarmarkada işsiz və işaxataran vətəndaşlara boş iş yerlərinə göndəriş verilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ya ödənişli ictimai işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.

 

Tədbirdə ƏƏSMN və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Sumqayıt şəhərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzi də təmsil olunub və Mərkəzdə innovativ metodlarla işaxtarma bacarıqlarına yiyələnmək istəyən şəxslər qeydiyyata götürülüb.

 

Apa.az