Azərbaycanda 3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alır

Posted by

Azərbaycanda 3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alırAzərbaycanda 3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alır

Azərbaycanda 3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alır

Azərbaycanda 2722 qadına 5-dən çox uşağının olmasına görə dövlət tərəfindən müavinət verilir.

 

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib ki, ötən il qəbul olunan “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5-dən çox uşağı olan qadınlara sosial müavinətlər verilir. Bu qanuna əsasən, bu ilin ilk 9 ayı ərzində 2722 qadının 8 mindən artıq uşağına görə həmin növ müavinət hesablanaraq ödənilib. Bu ilin 9 ayı ərzində 72790 nəfər yeni doğulmuş uşağın hər birinə 90 manat məbləğində birdəfəlik müavinət ödənilib. Bundan əlavə, müxtəlif kateqoriyalardan olan şəxslərin, xüsusilə də Qarabağ əlilləri, şəhid ailələri, həlak olan hərbçilərin uşaqlarının bakalavr və magistratura səviyyəsi üzrə təhsil aldığı müddət ərzində təhsil haqları dövlət büdcəsi hesabına ödənilir”.

 

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda 63 min nəfərə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var.

 

N.Məmmədov hesab edir ki, nikaha girən gənc ailələrin tibbi müayinəsinin aparılması uşaqlar arasında əlilliyin qarşısının alınmasına kömək edəcək. Onun fikrincə, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və profilaktik tədbirlər uşaqların əlilliyinin qarşısının alınmasına böyük töhfə verəcək.

 

Nazir müavininin sözlərinə görə, bu ilin sonuna qədər Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reablitasiya müəssisəsi tikilərək istifadəyə veriləcək. Sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial sığınacaqların tikintisi də başa çatmaq üzrədir.

 

Trend.az