MDB Hökumət Başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

Posted by

MDB Hökumət Başçıları Şurasının növbəti iclası Astanada keçiriləcəkMDB Hökumət Başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası Astanada keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il mayın 29-da Astanada keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsininin sədri Sergey Lebedev deyib.

 

Noyabrın 21-də Aşqabadda Şuranın iclası keçirilir.

 

S.Lebedev bildirib ki, Qazaxıstanın təklifi ilə Şuranın növbəti iclasının bu ölkənin paytaxtında keçirilməsi qərara alınıb.

 

Onun sözlərinə görə, Şuranın qısa tərkibli iclasında nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın aktual məsələlərini, azad ticarət haqqında müqavilənin reallaşdırılmasının gedişatını müzakirə ediblər.

 

Şuranın bugünkü iclasında 7 ölkənin (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) Baş naziri iştirak edir. Azərbaycan və Türkmənistan Baş nazirin I müavinləri, Ukrayna Türkmənistandakı səfiri, Moldova isə Belarusdakı səfiri ilə təmsil olunub.

 

Trend.az