Berlində keçirilən tədbirdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı çox yüksək qiymətləndirilib

Posted by

Noyabrın 19-da Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Ukrayna böhranı fonunda Azərbaycan – Avropa münasibətləri” mövzusunda məruzə axşamı təşkil olunub.

AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova çıxış edərək, dünyadakı mövcud münaqişələrdən, bu günkü geopolitik və geostrateji şəraitdən danışıb, Azərbaycanın yeni şəraitdə Dağlıq-Qarabağ məsələsinin həllinə dair Avropadan gözləntilərinin daha təkidli olduğunu diqqətə çatdırıb.

Sonra Berlin Azad Universitetinin mühazirəçisi, siyasətşünas Matthias Dornfeldt çıxış edib. O, Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını çox yüksək qiymətləndirib, bu inkişaf yolunda Avropada yeni tərəf müqabillərin qazanılmasının aktuallığından, Ukrayna böhranının Azərbaycanın iqtisadi imkanlarına, eyni zamanda, rəsmi Bakı tərəfindən qoyulan siyasi tələblərin həllinə təsirindən danışıb. Enerji siyasətində Azərbaycanın artan geostrateji əhəmiyyətini vurğulayıb. Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi, Azərbaycanın Avropa İttifaqı üçün önəmli olduğunu və bu fonda davamlı olaraq modernizasiya və diversifikasiya strategiyasının inkişafına tələbin artdığını qeyd edib.

Tədbirin aparıcısı hüqüqşunas, Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani məruzə ilə fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycan səfirliyinin müşaviri Dr. Rizvan Nəbiyev və digər əməkdaşlar, Bundestaqın üzvləri, Alman ictimaiyyətinin və mediasının, MDB ölkələrinin və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar iştirak ediblər.

AzərTac.az