Azərbaycan diasporu Xocalı soyqırımının İsveç parlamentində müzakirəyə çıxarması üçün danışıqlar aparır

Posted by

İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand bu ölkənin parlamentinin Moderat Partiyasından deputatı Marqareta Siderfelt ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, görüşdə Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılması ilə bağlı müzakirələr aparılıb.

N.Hollenbrand görüşdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırımı haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları hələ də öz cəzasını almayıblar. Halbuki Xocalı faciəsi XX əsrdə baş vermiş genosid və etnik təmizləmə hadisələrinin ən dəhşətlisidir. N.Hollenbrand bütün bunları nəzərə alaraq, soyqırımının İsveç parlamentinin gündəliyinə salınması və müzakirəyə çıxarılması üçün M.Siderfeltə müraciət edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qoşunların təmas xəttindəki son vəziyyət, bu günlərdə Azərbaycanın hava məkanında manevr edən Ermənistan silahlı qüvvələrinə aid helikopterin vurulmasına dair fikir mübadiləsi aparılıb.

N.Hollenbrand Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılması üçün parlament və hakimiyyət orqanlarının nümayəndələri ilə görüşləri davam etdirəcəyini deyib.

AzərTac.az