Amerikalı konqresmen Ceyms Moran Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıb

Posted by

ABŞ Konqresinin Virciniya ştatından olan konqresmeni Ceyms Moran Ermənistanın işğalçı qoşunları ilə Azərbaycan Ordusunun təmas xətti boyunca münaqişənin eskalasiyası ilə bağlı narahatlığını bildirib.

Konqresmenin rəsmi bəyanatında deyilir ki, Fransa Prezidenti Fransua Olland bu yaxınlarda Parisdə münaqişənin sülh yolu ilə həllinə dair səylər göstərməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri irimiqyaslı hərbi təlimlər, o cümlədən Azərbaycan Ordusunun mövqelərinə hücum helikopterinin uçuşunu təşkil ediblər. Ermənistana məxsus hərbi helikopterlərdən biri məhz bu zaman vurulub.

Tərəfləri sülh prosesinə sadiqlik nümayiş etdirməyə çağıran konqresmen Ermənistan ilə Azərbaycan arasında münaqişənin tezliklə dinc yolla həll edilməsinin əhəmiyyətli olduğunu bildirib.

C.Moran sonda ABŞ Administrasiyasını bu münaqişə üzrə səyləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktına müvafiq surətdə fəallaşdırmağa çağırıb.

Xatırladaq ki, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-24 helikopterlər noyabrın 12-də Ermənistan ilə Azərbaycan arasında beynəlxalq sərhədi keçərək və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu üzərində uçuşlar həyata keçirərək, nəinki Azərbaycanın hava məkanını pozub, həm də Azərbaycan ordusunun Ağdam rayonundakı mövqelərinə yaxınlaşaraq, onlara atəş açıb. Azərbaycan tərəfi cavab atəşi ilə helikopterlərdən birini məhv edib.

AzərTac.az