Ədliyyə orqanlarında işləmək istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb
Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtahanının nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün komissiya tərəfindən Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən və 3 saat davam edən imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunub. Sualların 80-i namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20-si isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlayıb. İmtahanın nəticələri saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınmış 465 namizəddən 83 nəfəri imtahana gəlməyib. 55 və daha çox bal toplamış 168 namizəd müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.
Apa.az