Zakir Qaralov: Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasına sədrliyi layiqincə yerinə yetirəcək

Posted by

Zakir Qaralov: Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasına sədrliyi layiqincə yerinə yetirəcəkZakir Qaralov: Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasına sədrliyi layiqincə yerinə yetirəcək

Zakir Qaralov: Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasına sədrliyi layiqincə yerinə yetirəcək

Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) 3-cü Assambleyasına ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun təcəssümü, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə verilən qiymətdir. Trend xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov bu gün jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu Akademiya yarandığı ilk gündən Azərbaycan onunla əməkdaşlıq edir, üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və davamlı şəkildə müxtəlif tədris proqramları, beynəlxalq tədbirlər həyata keçirir: “Şübhəsiz ki, Azərbaycan Beynəlxalq Antikorrupsiya Akademiyasına sədrliyini də layiqincə yerinə yetirəcək”.

 

Qeyd edək ki, bu gün Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının ali qurumu – üzv dövlətlərin Assambleyasının üçüncü sessiyasında Tailand Krallığı nümayəndəsinin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının növbəti il üçün sədri seçilib.

 

Tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar – Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak edirlər.

 

Xatırladaq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılıb.

 

Trend.az