45 məhkuma şəxsiyyət vəsiqəsi verilib
Bu gün Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45 məhkuma şəxsiyyət vəsiqəsi verilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkənlərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cari il sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanılıb.
Həmin məqsədlə hər iki qurumun əməkdaşlarından ibarət işci qrupu yaradılıb və bugünədək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Trend.az