Mübariz Qurbanlı: “QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik”

Posted by

Mübariz Qurbanlı: “QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik”Mübariz Qurbanlı: “QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik”

Mübariz Qurbanlı: “QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik”

“Dini radikalizmə qarşı mübarizə məqsədilə qeyri-hökumət təşkilatları ilə bir sıra məsələlər ətrafında birgə müzakirə aparmağımız əhəmiyyətlidir. Bu baxımdan Dini Komitə ilə QHT Şurası birgə layihələr üzərində işləmək niyyətindədir”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, bu gün dini radikalizm artmaqdadır və bu, tək İslamda yox, bütün dinlərdə özünü göstərir:

 

“Biz buna qarşı diqqətli olmalıyıq və QHT-lərlə birgə işlər görməliyik. Çünki QHT-lər ictimai şüura təsir edə bilir. Biz ölkə daxilində dini radikalizmin baş qaldırması ilə bağlı müxtəlif cərəyanların təhlil edilməsi, o cümlədən regionlarda dinlərarası və dindaxili dialoqu təşkil edə bilərik. Dindaxili ona görə deyirik ki, bu gün dinlərin öz daxilində də müəyyən problemlər var. Bütün bunlar ətrafında müzakirələr aparılması üçün qeyri-hökumət təşkilatları ilə razılığa gəlmişik. Bununla bağlı biz QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik və hazırda bunun üzərində iş gedir”.

 

Apa/az