Azərbaycandan Rusiyaya ət və süd məhsullarının tədarükü bərpa oluna bilər

Posted by

Azərbaycandan Rusiyaya ət və süd məhsullarının tədarükü bərpa oluna bilərAzərbaycandan Rusiyaya ət və süd məhsullarının tədarükü bərpa oluna bilər

Azərbaycandan Rusiyaya ət və süd məhsullarının tədarükü bərpa oluna bilər

Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu ilin sonunadək Azərbaycandan quş əti, süd və balıq məhsullarının tədarükünə icazə verə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Rosselxoznadzor”un rəhbərinin köməkçisi Aleksey Alekseyenko deyib.

 

“Rosselxoznadzor” gələn ilin I rübündə Azərbaycanın quş əti, süd və balıq məhsullarının istehsalı üzrə müəssisələrinin informasiya yoxlanışını həyata keçirməyi planlaşdırırdı. Lakin qurumun bu gün yaydığı xəbərdə deyilir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəfələrlə müraciəti ilə əlaqədar təftişin cari ilin dekabrında aparılmasına qərar verilib.

 

Onun sözlərinə görə, təftiş zamanı heç bir problem olmasa, Azərbaycandan məhsulların tədarükünə bu ilin sonunda icazə verilə bilər.

 

“Rosselxoznadzor”un saytındakı məlumat görə, Azərbaycanın 4 müəssisəsi Rusiyaya balıq və dəniz məhsulları tədarük edə bilər. Lakin Rusiya Gömrük Xidmətinin məlumatına əsasən, Azərbaycan ötən il bu ölkəyə balıq, balıq və ya dəniz məhsulları ixrac etməyib.

 

Trend/az