Ağ evdə “erməni soyqırımı”nı “əks etdirən” xalça sərgilənməyə başlayıb

Posted by

Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başlayıbAğ evdə “erməni soyqırımı”nı “əks etdirən” xalça sərgilənməyə başlayıb

Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başlayıb

ABŞ hakimiyyəti qondarma “erməni soyqırımı”nı “əks etdirən” xalçanı Ağ evdə sərgiləməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Hurriyet” qəzeti xəbər yayıb.

 

Məlumata əsasən, xalça 23 noyabr tarixinədək nümayiş etdiriləcək.

 

Məlumat üçün bildirək ki, keçən il erməni lobbisinin istəyinə baxmayaraq Ağ ev “erməni soyqırımı”nı “əks etdirən” xalçanın sərgilənməsinə icazə verməmişdi.

 

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.

 

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

 

Trend.az