Gürcüstan və Ukrayna insan hüquqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi aparacaqlar
Ukrayna parlamentinin insan hüquqları məsələləri üzrə komissarı Valeriya Lutkovskaya, həmçinin ölkə hökumətinin və parlamentinin nümayəndə heyəti Gürcüstana 18-20 noyabrda səfər edəcəklər.
Səfərin təşkilatçısı BMT-nin Gürcüstan və Ukrayna üzrə inkişaf proqramıdır. Bu barədə Trend məlumat verir.
Üç gün davam edəcək səfərin məqsədi iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, həmçinin insan hüquqları məsələləri üzrə milli strategiyanın hazırlanması, preventiv mexanizmin təsiri, psixiatriya və insan hüquqları, şəxsi məlumatların qorunması, xalq müdafiəçisinin rolu və funksiyaları sahələrində olduğu kimi təcrübə mübadiləsidir.
Noyabrın 18-də Ukrayna nümayəndə heyəti Gürcüstan xalq müdafiəçisi ilə görüşəcək. Valeriya Lutkovskaya və Uça Nanuaşvili insan hüquqları üzrə milli strategiyaların hazırlanmasını və monitorinq məsələlərini müzakirə edəcəklər, sonra isə birgə mətbuat konfransı keçirəcəklər.
Trend.az