AKP: Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz
Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət gedə bilməz. Bunu Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Məzhər Bağlı deyib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt Azərbaycanın maraqlarına qarşı yönəldilmiş addımlar atmayacaq: “Türkiyənin bütün qonşu ölkələri ilə yaxşı əlaqələrinin olması üçün Ankara həmişə Azərbaycanın maraqlarını dəstəkləyib və heç vaxt qardaş dövlətə qarşı addımlar atmayıb”.
M.Bağlı qeyd edib ki, Türkiyədə müxtəlif məsələlər üzrə hər kəsin öz fikrini söyləmək haqqı var.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Türkiyə hökumətini Ermənistanla sərhədləri açmağa çağırıb.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildən dayandırılıb.
Trend.az