Yazıçılar Birliyinin Gəncə bölməsində çağdaş ədəbiyyatla bağlı vəziyyət müzakirə olunub

Posted by

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində növbəti iclas keçirilib.

Trend-in məlumatına görə, bölmənin sədri Xəzangül Hüseynova ilk olaraq nəzərdə tutulan və hazırlıqlarına başlanılan bir çox işlər haqqında məlumat verib. Gəncə ədəbi mühitinin nümayəndələrindən Rübail, Bahadur Fərman, İnqilab İsaq, Fazil Sənan, Aləmzər Əlizadə, Ümbülbanu, Güldərən Vəliyeva və başqaları çıxış edərək təkliflərini bildiriblər.

Vaxtilə təkcə Gəncə deyil, bütün Azərbaycan ədəbi mühitində özünəməxsusluğu ilə yaddaşlara hopan “İlham” ədəbi birliyinin yaradıcısı və rəhbəri olmuş yazıçı Qərib Mehdi isə çağdaş ədəbiyyatla bağlı fikirlərini səsləndirib.

İclasın sonunda qərara alınıb ki, bundan sonra AYB Gəncə bölməsinin keçirəcəyi tədbirlər, görəcəyi bütün işlər mətbuatda işıqlandırılmalı, müəlliflərin yaradıcılıqları müntəzəm təbliğ olunmalıdır.

Trend.az