Koreya səfirliyi Mingəçevirdə “Uşaqlar sülh istəyir” mövzusunda müsabiqə keçirib

Posted by

Koreya səfirliyi Mingəçevirdə "Uşaqlar sülh istəyir" mövzusunda müsabiqə keçiribKoreya səfirliyi Mingəçevirdə “Uşaqlar sülh istəyir” mövzusunda müsabiqə keçirib

Koreya səfirliyi Mingəçevirdə "Uşaqlar sülh istəyir" mövzusunda müsabiqə keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin və Ağdam rayon İcra nümayəndəliyinin dəstəyi ilə Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən bu gün Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin 52 saylı orta məktəbində “Uşaqlar sülh istəyir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi keçirilib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, 120 şagirdin iştirak etdiyi müsabiqə şagirdlərə sülh və gələcək, Azərbaycan və Koreya Respublikası arasındakı əməkdaşlıq əlaqələri mövzusunda inşa yazmaq və rəsm sahəsində öz istedadlarını göstərmək imkanı verib.

 

Daha sonra qaliblər tutduqları yerlərə müvafiq olaraq elektronik tablet, məktəb çantaları və dəftərxana dəsti ilə mükafatlandırılıblar.

 

Müsabiqədən sonra uşaqlar səfirliyin əməkdaşları ilə birlikdə nahar ediblər.

 

Azərbaycanda fəaliyyət göstərən Koreyanın “Halla” Korporasiyası öz korporativ sosial öhdəliyinin tərkib hissəsi olaraq hədiyyələr təqdim etməklə tədbirə öz töhfəsini verib.

 

Koreya səfiri Çoi Suk-in tədbirdən bir gün öncə Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi ilə tanış olmuşdu. Səfir qəsəbədə məskunlaşmış bir ailəyə baş çəkərək onlarla söhbət etmiş, daha sonra isə yaşayış kompleksində yerləşən orta məktəblə tanış olmuşdu. Bu gün səfir Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

 

Dövlət Bayrağı gününə həsr olunmuş tədbir Koreya səfirliyinin Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə yönəlmiş səylərindən biridir. Bu tədbir səfirliyin bu il ərzində təşkil etdiyi 3-cü eyni xarakterli tədbirdir. Bundan əvvəl səfirlik Gəncə və Yevlax şəhərlərində bu kimi tədbirlər təşkil etmişdi.

 

Trend.az