Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Posted by

Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilirAzərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Noyabrın 13-16-da Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

 

Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Beyləqan rayon, Mil qəsəbəsi sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub.

 

Eyni zamanda, Bərdə, İmişli və Fizuli rayonları ərazisində ov edən 4 naməlum şəxs saxlanılıb. Faktla bağlı akt tərtib olunaraq həmin şəxslərdən 4 ov tüfəngi, 21 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilib.

 

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

 

Apa.az