ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.
O bu məsələnin noyabrın əvvəllərində ABŞ Konqresinə keçirilən seçki ilə əlaqədar gecikdiyini deyib.
“Artıq seçki başa çatıb, yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsinə yaxın vaxtlarda baxılacaq”, – deyə diplomat vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentinin Azərbaycanda səfir postuna irəli sürdüyü Robert Frensis Sekutanın namizədliyi ilə bağlı sentyabrın ortalarında Konqresin xarici əlaqələr komitəsində müzakirələr keçirilib.
Apa.az