ATƏT rəsmisi: Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilər

Posted by

ATƏT rəsmisi: Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilərATƏT rəsmisi: Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilər

ATƏT rəsmisi: Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilər

“Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilər”. Trend-in məlumatına görə, bunu ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda çıxışında deyib.

 

Səfir qeyd edib ki, bir çox dinlərin və etniklərin nümayəndələri Azərbaycanda qarşılıqlı hörmət şəraitində yaşayırlar.

 

A.Şahtaxtinski dünyada dini balansın qorunub saxlanmasının vacibliyini vurğulayıb. O bildirib ki, bəzən dünyada siyasi məqsədlərə nail olmaq üçün din amilindən istifadə olunur. Səfir dünyada zorakılığın, dini fobiyaların qarşısının alınmasının vacibliyini qeyd edərək bildirib ki, bu məqamlar regional təhlükəsizliyə səbəb ola bilər.

 

Onun sözlərinə görə, bu problem dünyada, ATƏT məkanında aktual olaraq qalır: “Bu gün dünyada İslamafobiyanın artmasını görürük. Dünyada sünnilər şiələrlə, şiələr sünnilərlə dava edirlər, “yəhudiləri öldürək” şüarları hələ də mövcuddur. Dünyad, belə hallar hec cür qəbul oluna bilməz. Belə vəziyyətdə biz nə etməliyik? Belə vəziyyətdən çıxmaq asan deyil, amma biz terrorizmin, dini radikalizmin qarşısını almaq üçün birgə nələrsə edə bilərik, biz bunun üçün birgə hərəkət etməliyik”.

 

Səfir vurğulayıb ki, bu ideyalar cəmiyyət üçün çox vacibdir: “Din dünyada bölüm, ayırma mənbəyi olmalıdır. Tolerantlıq qarşılıqlı hörmət deməkdir, məktəblərdə uşaqlara dinin sülhə xidmət etdiyini təbliğ etmək lazımdır ki, din radikalizmə xidmət etməsin”.

 

Trend.az