Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır

Posted by

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türk Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM), Türkiyə-Azərbaycan Dərnəyi və Türk Dünyası Araşdırmaları Vəqfinin birgə təşkilatçılığı ilə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb. Sərgi çərçivəsində noyabrın 15-də İstanbulda beynəlxalq konfrans da keçirilib.

Beynəlxalq təşkilatların və İstanbuldakı diplomatik korpusun təmsilçilərin, şəhər ictimaiyyətinin və KİV nümayəndələrinin iştirak etdikləri konfransda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin nəticələrindən bəhs olunub, torpaqlarımızın iyirmi faizinin işğal altında saxlanılmasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin səmərəsini artırmaq barədə fikir mübadiləsi aparılıb. Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi hərbi təxribatlar qətiyyətlə pislənilib.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, professorlar – Ramazan Taşdurmaz, Kürşad Zorlu və başqaları Azərbaycan Prezidenti İlham Əliyevin “Bir xalqın iki diasporu olmaz” fikrinin gerçəkliyə çevrilməsinin vacibliyini vurğulayıb, məsələ ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi Xocalı soyqırımının dünya birliyi tərəfindən sürətlə tanınması, saxta “erməni soyqırımı” ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də ermənilərin Türkiyəyə qarşı olan əsassız iddialarının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı vəziyyəti, eləcə də bu təcavüz nəticəsində həyatını itirən, əsirlikdə olan, işgəncə və məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyalarının nümayiş olunduğu sərginin Avropa ölkələrində də təşkil olunması planlaşdırılır.

AzərTac.az