Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

Posted by

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Jandarma Baş komandanı ilə görüşübAzərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Türkiyə Jandarma Baş komandanı ilə görüşüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Bakıda rəsmi səfərdə olan Türkiyə Jandarma Qüvvələrinin komandanı, ordu generalı Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

 

DSX aparatında Türkiyə nümayəndə heyətinin qarşılanması münasibətilə fəxri qarovul düzülüb və qonaqların gəlişi hərbi orkestrin müşayiəti ilə təşkil olunub.

 

Görüşün əvvəlində general-polkovnik Elçin Quliyev dövlətlərarası qarşılıqlı münasibətlərin dinamik inkişafı və möhkəmləndirilməsi məsələlərinə zamanında prezident Heydər Əliyevin, hazırda isə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan Silahlı Qüvvələrinin, sərhəd mühafizəsinin inkişafı üçün Türkiyənin Silahlı Qüvvələri, o cümlədən Jandarma Komandanlığı ilə qarşılıqlı münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, DSX-nin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub.

 

 

Apa.az