Gəncədə vətəndaş iştirakçılığı mövzusunda milli konfrans
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi Fəaliyyət (SEDA) layihəsi və USAID əməkdaşları, həmçinin QHT rəhbərləri Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində olublar.
Onlar 450 hektar ərazini əhatə edən, möhtəşəm Heydər Əliyev Mərkəzində zəngin və qiymətli eksponatlarla tanış olub, füsunkar park-kompleksi gəziblər.
Daha sonra isə “Vətəndaş iştirakçılığı: Qanunvericilik və onun tətbiqi məsələləri” adlı milli konfransa qatılıblar.
Trend.az