Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq üçün 10 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Trend.az