AŞ Venesiya Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salındı

Posted by

AŞ Venesiya Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salındıAŞ Venesiya Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salındı

AŞ Venesiya Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salındı

Avropa Şurasının Venesiya Komissiyasının (AŞ VK) nümayəndə heyətinin noyabrın 13-14-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə Trend Venesiya Kommisiyasının saytına istinadən xəbər verir.

 

Səfərin təxirə salınmasının səbəbi göstərilmir.

 

Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti Azərbaycanın hökumət nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər keçirməyi planlaşdırırdı.

 

Səfərin məqsədi Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəyin hazırlanması idi. Hazırlanması nəzərdə tutulan rəy layihəsinin dekabr ayında Komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilirdi.

 

Trend.az