BAK sədri belçikalı senatora Dağlıq Qarabağ münaqişəsindən danışıb

Posted by

BAK sədri belçikalı senatora Dağlıq Qarabağ münaqişəsindən danışıb

BAK sədri belçikalı senatora Dağlıq Qarabağ münaqişəsindən danışıb

 

 

BAK sədri belçikalı senatora Dağlıq Qarabağ münaqişəsindən danışıb

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Belçika Senatında İslahatçılar Hərəkəti Partiyasının üzvü, cenator xanım Dominik Tilmansia ilə görüşüb. S.Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə senatora ətraflı məlumat verib. Bildirib ki, dövlətimizin xeyirxah və mehriban qonşuluq siyasəti yürütməsinə baxmayaraq, “dənizdən dənizə böyük imperiya” yaratmaq xülyasına düşən Ermənistan Azərbaycana qarşı elan olunmayan müharibəyə başlayıb. Dünya ictimaiyyətini aldatmağa cəhd göstərən rəsmi Yerevan öz məqsədinə çatmaq üçün Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaşayan ermənilərdən istifadə edir və onların “hüquqlarını müdafiə etmək” adı altında nəinki Dağlıq Qarabağı, hətta ona bitişik yeddi rayonumuzu işğal edib, bir milyondan artıq azərbaycanlını doğma ata-baba yurdlarından didərgin salıb. Azərbaycanlılara qarşı etnik siyasət aparan ermənilər XX əsrdə görünməmiş qətliam – Xocalı soyqırımını törədib. Amma təəssüf ki, Avropa ölkələri, o cümlədən Belçika Krallığı bu qanlı faciəyə siyasi qiymət verməyib. S.Qasımov münaqişənin nəinki Cənubi Qafqazın, habelə Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyi olduğunu xüsusi vurğulayıb. Senator Dominik Tilmans bu həqiqətləri partiya yoldaşlarına çatdıracağını bildirib və rəhbəri olduğu “Avro Space” layihəsi barədə ətraflı məlumat verib. Layihədə əsasən peyk sahəsində Azərbaycanla əməkdaşlıq nəzərdə tutulub.

 

AzərTac.az