Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirilib

Posted by

Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirilibBayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirilib

Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirilib

Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Dövlət Bayrağı Günü münasibətilə Bakının bəzi uşaq bağçalarında bayraq aksiyası keçirib.

 

APA-nın məlumatına görə, Nizami rayonu 125 və 172 saylı uşaq bağçalarında olan “Düşüncə” İB-nin nümayəndələri uşaqlara Azərbaycan bayrağını paylayıblar.

 

Aksiya zamanı çıxış edən “Düşüncə” İB-nin sədri Emil Hüseynli bildirib ki, Dövlət Bayrağı Günü Azərbaycanın simasının bayramıdır: “Bu bayram digər bayramlarımızdan daha uca, müqəddəs bayramdır. On minlərlə şəhidimizin bayramıdır. Bayraq uğrunda döyüşən, bayraqla da torpağa tapşırılan şəhidlərimizin bayramıdır. Ona görə də bu bayramda insanlarımızda daha çox vətəndaş hissi baş qaldırır. Bu gün müstəqil ölkə kimi öz bayrağımızın altında yaşamağımız böyük xoşbəxtlikdir, böyük sərvətdir. Azərbaycan xalqı öz bayrağının, taleyinin sahibidir. Bu gün Azərbaycanın hər bir bölgəsində, yerində dövlət bayrağı dalğalanır. Nə gözəl ki, son 10 ildə Azərbaycan bayrağına verilən dəyər, qiymət onu daha da müqəddəsləşdirdi, zirvələrə qaldırdı. Nə gözəl ki, Dövlət Bayrağı Meydanımız yarandı, bayraqlarımızın tarixi muzeyi yaradıldı. Bu gün ürəklərdə sevilir bayrağımız”.

 

E.Hüseynli vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın bayrağı artıq dünyanın ən ali təşkilatlarında dalğalanır: “Eyni zamanda, ölkədə idmana göstərilən diqqət və qayğı sayəsində yetişən idmançılarımızın qələbələri nəticəsində bayrağımız dünyanın ən mötəbər yarışlarında yüksəklərə ucalır”.

 

İB sədri əlavə edib ki, vətəndaşlarımız sabaha ümidlə baxır, sabaha inanır: “İnanır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaq. Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bayraq, torpaq uğrunda canından keçmiş şəhidlərimizin ruhu rahatlıq tapacaq. Hər gün binalarda, meydanlarda dalğalanan bayraqları görəndə qürur, sevinc hissi keçirirsən. Bu hisslərlə Azərbaycan bayrağının önündə baş əyək!”

 

APA.az