Rövnəq Abdullayev: “Əgər haradasa köhnəlmiş estakada varsa, orada mütləq iş dayandırılmalıdır”
“Əgər haradasa köhnəlmiş estakada varsa, orada mütləq iş dayandırılmalıdır”.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Neft daşları”nın 65 illiyinə həsr olunmuş tədbirdə deyib.
“Neft daşları”nda bir sıra estakadalar korroziyaya uğrayıb və dəyişdirilib. Əgər haradasa köhnəlmiş estakada varsa, orada mütləq iş dayandırılmalıdır. O estakada təmir olmayana qədər orada iş aparılmamalıdır. Hər bir iş neftçinin həyata bizim üçün çox əhəmiyyətlidir və önəmlidir”, – deyə R. Abdullayev qeyd edib.
Qeyd edək ki, tədbirdən əvvəl ARDNŞ prezidenti “Neft daşları”nda qaz separasiya məntəqəsi – lay təzyiqinin saxlanılması sexi arası əvəzedici estakadanın açılışı mərasimi keçirilib. Estakadanın uzunluğu 1 515 paqonmetrdir.
APA.az