ARDNŞ DESFA-nın səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə xəbərlərə münasibət bildirib

Posted by

ARDNŞ DESFA-nın səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə xəbərlərə münasibət bildiribDESFA-nın səhmlərinin alınması ilə bağlı yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir

ARDNŞ DESFA-nın səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə xəbərlərə münasibət bildirib

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.

 

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, şirkət tərəfindən Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nın alınması barədə Avropa İttifaqı antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.

 

II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir.

 

ARDNŞ, Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir.

 

Apa.az