Bakı Ali Neft Məktəbi və Şlümberji şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Posted by

Bakı Ali Neft Məktəbi və Şlümberji şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb Bakı Ali Neft Məktəbi və Şlümberji şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbi və Şlümberji şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Bu gün Bakı Ali Neft Məktəbi və “Schlumberger Logelco Inc.” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib.

 

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirmişdir ki, Azərbaycan dünyada sənayə üsulu ilə ilk neft çıxaran ölkədir, hansı ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır, mütəxəssislərin hazırlanması isə ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. ARDNŞ –nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışarkən E.Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbi ARDNŞ-nin strukturunda fəaliyyət göstərən Ali Məktəbdir və bu ali məktəbin əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil prosesini ən yüksək səviyyədə inkişaf etməklə, eyni zamanda transmilli şirkətə çevrilmiş ARDNŞ-nin ölkə kənarında geniş fəaliyyətini nəzərə alaraq sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsidir. Bundan başqa Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, qısa müddət ərzində əldə edilmiş uğurlar, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin, 2014-cü ildə isə 17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə məlumat vermişdir. Daha sonra hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağların diqqətinə çatdırmışdır.

 

Üç il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq bildirən Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu bildirmiş, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırmış və şirkətin kadr siyasəti haqqında məlumat vermişdir. İnsan resursları Şlümberje şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl hədəf olduğunu bildirib və Azərbaycan Respublikasının neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduğlarını qeyd etmişdir.

 

Tədbir çərçivəsində Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış etmişdir.

 

Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft Məktəbi ilə Şlümberji şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalamışlar.

 

Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin,kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapmışdır.

 

Trend.az