Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində noyabrın 7-8-də Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunacaqlar.
Apa.az