ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz başa çatıb
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.
Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Trend.az