BMT QAK 2024-cü ilin sonunadək vətəndaşsızlığa son qoymaq üçün fəaliyyətə başladığını elan edib

Posted by

BMT QAK 2024-cü ilin sonunadək vətəndaşsızlığa son qoymaq üçün fəaliyyətə başladığını elan edibBMT QAK 2024-cü ilin sonunadək vətəndaşsızlığa son qoymaq üçün fəaliyyətə başladığını elan edib

BMT QAK 2024-cü ilin sonunadək vətəndaşsızlığa son qoymaq üçün fəaliyyətə başladığını elan edib

BMT QAK 2024-cü ilin sonunadək vətəndaşsızlığa son qoymaq üçün fəaliyyətə başladığını elan edib.

 

APA-nın məlumatına görə, bu gün BMTQAK vətəndaşsızlıq probleminə 10 il ərzində son qoymağa yönələn – “Mən mənsubam” adlı qlobal kampaniyaya başlayıb.

 

Kampaniya “United Colors of Benetton” şirkəti ilə birgə həyata keçiriləcək. Bütün dünyanın diqqətini vətəndaşsızlığın ömürlük dağıdıcı nəticələrinə cəlb etmək məqsədilə “Benetton” şirkəti kampaniyanın yaradıcı məzmununu və onu yerləşdirmək üçün İnternet saytını hazırlayıb. Kampaniya başladıqdan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş, BMT QAK-ın xüsusi elçisi Ancelina Coli və 20-dən artıq məşhur insan və dünyanın fikir liderləri vətəndaşsızlığa son qoyulması ilə bağlı “Açıq məktub”u bu yeni mikrosaytda on il ərzində vətəndaşsızlığa son qoyulmasına dəstək üçün on milyon imza toplamağı hədəfə alan onlayn müraciətə (petisiyaya) çevriləcək.

 

BMT QAK həmçinin “Vətəndaşsızlıq haqqında xüsusi hesabat” buraxıb. Bu hesabatda adı çəkilən problemin insanlara təsiri və on bənddən ibarət olan “Vətəndaşsızlığa son qoymaq üçün qlobal fəaliyyət planı” təqdim edilir.

 

Əlavə edək ki, hazırda bütün dünyada ən azı on milyon adam vətənadaşlığı olmayan şəxsdir və hər on dəqiqədə bir körpə vətənadaşlığı olmayan şəxs kimi doğulur. Vətəndaşlıq verilməyən bu körpələr adətən ölkələrin öz vətəndaşlarına verdikləri hüquqlardan və xidmətlərdən çox zaman məhrum olurlar.

 

Qeyd edək ki, hazırda vətəndaşsızlıqla bağlı iki müqavilənin – Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il tarixli BMT Konvensiyasının və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il tarixli Konvensiyanın iştirakçısı olan 144 dövlət var. Azərbaycan da Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il tarixli Konvensiyanı və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il tarixli Konvensiyanı imzalayıb. 2009-cu ildə ümummilli siyahıyaalma zamanı Azərbaycanda 3585 nəfər vətəndaşsız şəxs olduğu bildirlib.

 

Apa.az