Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Azərbaycana səfəri başlayır
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bu gün Azərbaycana səfəri başlayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikigünlük səfər çərçivəsində D. Lidinqton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Apa.az