Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdi
Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addımdır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
M.Mard qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir.
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Trend.az