Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edəcək. Qəbul oktyabrın 31-də saat 10-da şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 5) keçiriləcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbulda Şəmkir, Gədəbəy, Samux rayonlarından olan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
AzərTac.az